Cordanın ayaqqabısı 2 milyona satıldı

10

Amerika Milli Basketbol Assosiasiyasının (NBA) altıqat çempionu, əfsanəvi basketbolçu Maykl Cordanın 1984-cü ildə geyindiyi idman ayaqqabıları rekord qiymətə satılıb.

yasamal.tv axşam.az-a istinadən xəbər verir ki, ulduz basketbolçunun qırmızı-ağ rəngli “Nike air ships” ayaqqabısı 1,47 milyon dollar (təxminən 2 milyon 497 min 504 manat) qarşılığında alıcıya təqdim olunub.

Bu, indiyə qədər ən yüksək qiymətə satılan idman yarışlarında geyilən ayaqqabı olub və satış tarixə düşüb.

Qeyd edək ki, 2003-cü ildə təqaüdə çıxan Cordan həm də NBA tarixində ilk milyarder oyunçu olub.