Komitə sədri: “Füzuli şəhəri 50 min nəfər üçün planlaşdırılır”

10

“Cənab Prezident, Füzuli şəhərinin işğaldan əvvəl məskunlaşma ərazisi bu xəritədə tünd rənglə göstərilib. İndi artıq 397 hektar təşkil edir”.

yasamal.tv-ın xəbərinə görə, bunu Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev oktyabrın 17-də Füzuli şəhərinin Baş Planını Prezident İlham Əliyevə təqdim edərkən deyib.

“Yeni Baş Plana görə artıq bu sarı rənglərlə göstərilmiş ərazi, o cümlədən hava limanı daxil olmaqla, 1936 hektar təşkil edəcək. Şəhər, ümumiyyətlə, 50 min nəfər üçün planlaşdırılır. Yəni, hesabat dövrünə – 2040-cı ilə 50 min nəfərlik şəhər olacaq”, – o vurğulayıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin