Ceyhun Bayramov: “Ermənistan tərəfindən əməli addımları müşahidə etmirik”

9

“Görüş zamanı həmkarıma keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin aspektləri və Vətən müharibəsindən sonrakı vəziyyət barədə geniş məlumat verdim”.

yasamal.tv-ın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 18-də Qətərin Baş nazir müavini, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani ilə birgə keçirdikləri mətbuat konfransında deyib.

Nazir bildirib ki, qətərli həmkarına Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli bəyanatda əksini tapan müddaəlar barədə də məlumat verib: “Üçtərəfli bəyanatdan irəli gələn məsələlərlə bağlı hələ ki, konkret nəticələrin əldə edilməməsi təəssüf doğurur. Biz hələ ki, Ermənistan tərəfindən əməli addımları müşahidə etmirik”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin