Putin “Taliban” nümayəndələri ilə görüşməyəcək

9

Rusiya Prezidenti Vladimir Putin “Taliban” nümayəndə heyəti ilə görüşməyi planlaşdırmır.

yasamal.tv xəbər verir ki, radikal hərəkatın nümayəndələrinin oktyabr ayında Moskvaya səfər edəcəyi gözlənilir.

Putinin MDB Dövlət Başçılarının Şurasında çıxışında səsləndirdiyi fikirlərə görə, “Taliban” ilə qarşılıqlı fəaliyyət görmək lazımdır, lakin onları tanımağa tələsmək lazım deyil.

“Taliban” nümayəndə heyətinin oktyabrın 20-də Əfqanıstan üzrə məsləhətləşmələrə dair “Moskva formatı”nda iştirak edəcəyi gözlənilir. Sözügedən format 2017-ci ildə Rusiya, Əfqanıstan, Hindistan, İran, Çin və Pakistanın xüsusi nümayəndələrinin altı tərəfli məsləhətləşmələr mexanizmi əsasında yaradılıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin