Aeroport yolunda yük maşınının sərnişin avtobusuna çırpılması nəticəsində xəsarət alan 21 nəfər xəstəxanaya çatdırılıb.
yasamal.tv xəbər verir ki, bu barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.
Onlardan 11-i kişi, 10-u qadındır.
Xəsarət alanlardan 8 nəfər Kliniki Tibbi Mərkəzə, 13 nəfər isə 3 saylı Kliniki Şəhər Xəstəxanasına yerləşdirilib.
Qeyd olunub ki, bu, saat 09:00-a olan məlumatdır.
Bildirilib ki, qəza zamanı ölən şəxslərlə bağlı hələlik dəqiq məlumat yoxdur. Bu barədə ətraflı məlumat veriləcək.