“Qarabağ”ın legioneri meydandan qovulub

9

“Qarabağ”ın futbolçusu Marko Veşoviç Monteneqro millisinin heyətində 2022-ci il dünya çempionatının seçmə oyununda meydandan qovulub.

yasamal.tv-ın məlumatına görə, 30 yaşlı müdafiəçi səfərdə Norveçə 0:2 hesabı ilə uduzduqları matçın əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə komandasını azlıqda qoyub. Monteneqrolu oyunçu 2 dəqiqə ərzində ardıcıl 2 sarı vərəqə alıb.

Qeyd edək ki, Veşoviç oyuna start heyətində başlayıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin