Lənkəranda 16 yaşlı oğlan intihar edib

10

Lənkəran rayonunda 16 yaşlı gənc intihar edib.

yasamal.tv-ın xəbərinə görə, hadisə şəhərin S.Vurğun küçəsi 16 ünvanında gecə saatlarında baş verib.

Belə ki, 2005-ci il təvəllüdlü Murad Qədir oğlu Tahirov yaşadığı evin həyətində özünü asıb.

Ailə üzvləri hadisədən səhərə yaxın xəbərdar olublar.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Lənkəran Şəhər Prokurorluğunda araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin