Azərbaycanda illik kredit qoyuluşları azalıb

10

2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanda kredit təşkilatlarının müddətlər üzrə kredit qoyuluşlarının ümumi həcmi 120 milyon 224,1 min manat təşkil edib.

yasamal.tv xəbər verir ki, bu barədə Mərkəzi Bankın açıqladığı aylıq maliyyə hesabatında əks olunub.

Sənədə əsasən, ötən ilin müvafiq dövründə bu vəsait 120 milyon 583 min manat olub. Bu da onu göstərir ki, 1 il ərzində kredit qoyuluşlarında cəmi 358,9 milyon manatlıq və ya 0,29 faizlik çox cüzi azalma baş verib.

Qeyd edək ki, avqust ayında kredit qoyuluşlarının ümumi həcmi 15 milyon 608.0 min manat olub. İyul ayında isə bu məbləğ 15 milyon 367.7 min manat təşkil edib Burdan da görünür ki, bir ay ərzində cəmi 240,3 min manatlıq və ya 1,54 faizlik cüzi artım baş verib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin