Gəncə şəhərində yolu qarşı tərəfə keçmək istəyən piyadanı avtomobil vuraraq öldürüb.
yasamal.tv-ın məlumatına görə, hadisə şəhərdə fəaliyyət göstərən restoranlardan birinin yaxınlığında qeydə alınıb.
Hadisə nəticəsində 1990-cı il təvəllüdlü Tural Mustafayev dünyasını dəyişib. Onun meyiti tibbi ekspertizaya aparılıb.
Qəzanı törətməkdə şübhəli bilinən sürücü isə hadisə yerindən qaçıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.