İngiltərə COVID pasportlardan imtina etdi

11

Böyük Britaniya hökuməti İngiltərədə gecə klublarına və kütləvi tədbirlərə daxil olmaq üçün tələb olunan peyvənd pasportlarından imtina edib.

yasamal.tv xəbər verir ki, bu barədə məlumatı Britaniyanın səhiyyə naziri Sacid Cavid açıqlayıb.

Onun sözlərinə görə, insanlardan hər hansı tədbirlərdə iştirak etmək üçün sənədlərin təqdim olunmasını tələb etmək ideyasını heç vaxt bəyənməyib.

O, həmçinin əlavə edib ki, yüksək səviyyədə vaksinasiya, testlərin uğurla həyata keçirilməsi və s. bu kimi tədbirlər peyvənd pasportunu gərəksiz edir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin