Biləsuvar rayonunda yol qəzası baş verib.
yasamal.tv-ın məlumatına görə, hadisə rayonun Günəşli kəndində qeydə alınıb.
Belə ki, “VAZ-2106” markalı minik avtomobili “KamAZ” markalı yük avtomobili ilə toqquşub.
Hadisə nəticəsində minik avtomobilində olan ər və arvad xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.