Premyer Liqada III turun oyun cədvəli açıqlanıb.
yasamal.tv xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar fasilədən dərhal sonra keçiriləcək turun qarşılaşmalarının vaxtı və yeri dəqiqləşib.
Mərkəzi görüşdə “Neftçi” “Qarabağ”ı qəbul edəcək. Ötən mövsümün qalibi və vitse-çempionu sentyabrın 12-də üz-üzə gələcək.
Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Premyer Liqa
III tur
11 sentyabr (şənbə)
“Sabah” – “Qəbələ”
“Bank Respublika Arena”, 18:00
“Keşlə” – “Zirə”
“ASK Arena”, 20:15
12 sentyabr (bazar)
“Səbail” – “Sumqayıt”
“ASCO Arena”, 18:00
“Neftçi” – “Qarabağ”
“Bakcell Arena”, 20:30 (fanat.az)