Tramp: “Əşrəf Qani fırıldaqçıdır”

9

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Əşrəf Qanini son amerika əsgəri getməmiş ölkəsini tərk edən fırıldaqçı hesab etdiyini söyləyib.

yasamal.tv xəbər verir ki, Tramp bu barədə “Newsmax” telekanalına müsahibəsində bildirib.

“O, fırıldaqçı idi və indi inanıram ki, çox pulla gedib. Mən dedim ki, o, lider deyil, sonuncu amerika əsgərlərindən əvvəl qaçacaq və belədir oldu”, deyə Tramp vurğulayıb.

Xatırladaq ki, avqustun 15-də “Taliban” silahlıları Kabilə daxil olduqdan sonra Əfqanıstan prezidenti Əşrəf Qani həyat yoldaşı, övladları və iki köməkçisi ilə birgə paytaxtı tərk edib. Onun hal-hazırda Birləşmiş Ərəb Əmirliklərində olduğu bildirilir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin