“Dünyada olduğu kimi, Azərbaycanda da ürək xəstəliyi səbəbindən ölümlər COVID-19-a görə daha da artıb. Ürək xəstəliklərindən əziyyət çəkənlərlə digər xəstələrin COVID-19-a yoluxmasında heç bir fərq yoxdur. Amma yoluxduqdan sonra ürək xəstələri xəstəliyi daha ağır keçirir”.
yasamal.tv azvision.az-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi dosent, invaziv kardioloq Qalib İmanov deyib. O bildirib ki, virusa qarşı istifadə olunan dərmanların ürək xəstəliyi üçün olan dərmanlarla birgə istifadəsi çox təhlükəlidir.
“Bu səbəbdən həmin xəstələr həkimə xəbər verməli və düzgün müalicə metodu seçilməlidir. Ürəyində stend olan, ürək əməliyyatı keçirənlər hamısı mütləq vaksin olmalıdır. Ağır ürək çatışmazlığı olan xəstələr yüksək risk qrupuna aiddir. Onlarda ürəyin əzələ gücü zəifdir. Üstəlik koronavirusa da yoluxanda daha çox ağırlaşmalar olur. Bizə tərəddüd etdiklərini bildirirlər, amma tərəddüd etmək olmaz.
Ağırlaşmaların olamaması üçün vaksin vurdursunlar. Virusa yoluxandan sonra da onlar mütləq həkimə müraciət etsinlər. Özlərini müalicə etməyə çalışmasınlar”.