Azərbaycan bu il 24 ölkəyə neft ixrac edib

20

Bu ilin yanvar-iyul aylarında Azərbaycan İtaliyaya 3 milyard 652 milyon 875,97 min ABŞ dolları dəyərində 8 milyard 317 milyon 019.93 min ton neft ixrac edib. Bununla da, İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

yasamal.tv-ın Dövlət Gömrük Komitəsinin yaydığı aylıq hesabata istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə İspaniya yer alıb. Belə ki, hesabat dövründə Azərbaycan bu ölkəyə 510 500,34 min dollar dəyərində 1 191 741,78 ton neft ixrac edib.

Məlumata görə, Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Xorvatiya tutub. Yanvar-iyul aylarında bu ölkəyə 497 394,44 min dollar dəyərində1 070 522,09 ton neft ixrac edilib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, Azərbaycan bu ilin yanvar-iyul aylarında 24 ölkəyə 7 585 824,11 min dollarlıq 17 106 825,51 ton neft ixrac edib.

Azərbaycanın neft ixrac etdiyi ölkələrin tam siyahısı:

 

# Ölkələr Miqdar, ton Məbləğ, min $
Cəmi 17 106 825,51 7 585 824,11
1 İtaliya 8 317 019,93 3 652 875,97
2 İspaniya 1 191 741,78 510 500,34
3 Xorvatiya 1 070 522,09 497 394,44
4 İsrail 972 654,65 457 803,40
5 Hindistan 845 590,52 346 185,84
6 Portuqaliya 665 643,95 307 758,80
7 Tunis 595 120,06 274 484,53
8 Ukrayna 480 800,72 173 237,94
9 Böyük Britaniya 444 115,50 212 934,05
10 Türkiyə 328 656,97 136 951,78
11 Kanada 278 174,60 140 031,95
12 Çin 277 516,67 102 592,36
13 Tailand 277 100,94 134 110,72
14 Almaniya 272 078,76 128 473,84
15 Belarus 270 691,94 118 892,03
16 İndoneziya 159 510,60 81 219,03
17 Vyetnam 139 699,64 72 728,56
18 Çexiya 120 392,67 61 012
19 Fransa 91 755,21 45 737,11
20 İrlandiya 87 840,90 41 737,54
21 Rumıniya 84 725,08 30 584,11
22 Avstriya 80 008,75 37 460,90
23 Avstraliya 54 975,82 20 884,24
24 Rusiya 487,77 232,64

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin