yasamal.tv-ın məlumatına görə, bu barədə yerli KİV-lər Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən xəbər verir.
Qeyd olunur ki, təbii fəlakətdən 284 nəfərin zərər çəkib, 76 nəfər isə itkin düşüb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyənin şimalındakı sel və seldən zərər çəkmiş Kastamon, Sinop və Bartin əyalətlərini təbii fəlakət zonası elan edib.
AFAD-ın məlumatına əsasən, fəlakət nəticəsində Kastamonuda – 60, Sinopda – 9, Bartın vilayətində isə 1 vətəndaş həyatını itirib. Hazırda itkin düşənlərin sayı 47 nəfər təşkil edir.
Qurumdan bildirilib ki, axtarış-xilasetmə işləri davam edir. 8 mindən çox şəxsi heyət, mindən çox nəqliyyat vasitəsi və 21 helikopter cəlb edilib.