Milli Məclisdə aparılan struktur islahatları çərçivəsində parlamentin şöbələri birləşdirilib.
yasamal.tv xəbər verir ki, spiker Sahibə Qafarovanın sərəncamı ilə parlamentin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi ilə İnzibati və hərbi qanunvericilik şöbəsi, Sosial qanunvericilik şöbəsi ilə İqtisadi qanunvericilik şöbəsi birləşdirilib.