Futbol üzrə Niderland millisinin yeni baş məşqçisi müəyyənləşib.
yasamal.tv xəbər verir ki, yığmanın sükanı arxasına Lui van Qal gətirilib.
70 yaşlı mütəxəssis bu vəzifədə AVRO-2020-dən sonra istefaya göndərilən Frank de Buru əvəzləyib. Məşçilər heyətində Danni Blind, Henk Freyzer və Frank Hoek də yer alacaq.
Qeyd edək ki, Lui Van Qal 2000 – 2001-ci və 2012 – 2014-cü illərdə milliyə başçılıq edib. Komanda onun rəhbərliyi altında 2014-cü ildəki dünya çempionatının bürünc mükafatçısı olub.