“Neftçi”nin legioneri: “Bu, hələ son deyil”

7

“Neftçi”nin futbolçusu Yusuf Laval Bakıda Finlandiyanın HİK (Helsinki) klubu ilə bərabərə qaldıqları UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu ilə bağlı paylaşım edib.

yasamal.tv-ın məlumatına görə, nigeriyalı yarımmüdafiəçi şəxsi instaqram səhifəsində nəticənin elə də yaxşı olmadığını bildirib.

23 yaşlı vinger “Amma bu, hələ son deyil. Haydi uşaqlar!”, – yazıb.

Qeyd edək ki, “Bakcell Arena”da keçirilən görüş 2:2 hesabı ilə başa çatıb. Cavab matçı avqustun 12-də Helsinkidə olacaq.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin