Bu ailənin sizin köməyinizə ehtiyacı var – Fotolar

15

Abşeron rayonunun Fatmayı kəndində yaşayan 40 yaşlı Humay Mahmudova artıq 10 ildir ki, psixoloji problemlərinə görə müalicə alır.

yasamal.tv xəbər verir ki, köməyə ehtiyacı olan Mahmudova Humay Tahir qızı 31 avqust 1980-ci ildə dünyaya gəlib. 1999-cu ilin avqust ayında ailə həyatı qurub. 2001-ci ilin iyul ayında 8-də oğlu Əhmədov Vüsal Rövşən oğlu anadan olub. 2010-cu il yanvarın 12-də isə ikinci oğlu Əhmədov Zaman dünyaya gəlib. Övaldı dünyaya gəldikdən sonra doğum travması yaşayıb, övladına baxa bilməyib, uşağını qəbul etməyib  və psixoloji problemlər yaşayıb. 2013-cü ildə isə həyat yoldaşı Əhmədov Rövşəndən boşanıb. Həmin ildə M. Humay psixoloji problemləri olduğuna görə Maştağa qəsəbəsində yerləşən 1 saylı psixiatriya xəstəxanasında yatıb. Bu xəstəxanada bir həftə qaldıqdan sonra müalicəsi ev şəraitində davam etdirilib. Hazırda isə müalicəsi Sumqayıt Psixiatriya xəstəxanasının həkimi tərəfindən ev şəraitində davam edir.  Abşeron rayonu Fatmayı  kəndi Cəlil Cavadov küçəsi, ev 62 ünvanında yaşayan Mahmudova Humay iki oğlu ilə birlikdə qalır. Humay xanımın qonşuluğunda yaşayan 70 yaşlı atası səhhətindəki problemlərdən dolayı iş qabiliyyətinə malik deyil, 63 yaşlı anası isə yüksək təzyiq xəstəlikdən əziyyət çəkir. Humay xanımın böyük oğlu Əhmədov Vüsal Rövşən oğlu isə boyu çox balaca olduğuna görə hərbi xidmətə çağırılmayıb.

Hazırkı vəziyyətdə heç bir yerdən gəliri olmayan Mahmudova Humayın iş qabiliyyəti yoxdur. Kənar şəxslərin maddi dəstəyi ilə dolanan ailənin qaldığı evin şəraiti də ürəkaçan deyil. 40 yaşlı Humayın müalicəsi və ailənin vəziyyətinin yaxşılaşdırılması üçün köməyə ehtiyac var.

Ailənin normal yaşayışının təmin edilməsi üçün bütün qayğıkeş və xeyirxah insanlardan kömək etmələrini xahiş edirik. Yardım etmək iqtidarında olmayanlar isə bu xəbəri ətrafındakı dostlarla paylaşaraq, dəstək ola bilərlər.

Yardım etmək istəyənlər aşağıdakı telefon nömrəsinə zəng edə və ya Əhmədov Vüsal Rövşən oğlunun adına olan bank hesabına vəsait köçürə bilərlər:

(055) 287 69 56– Vüsal

yasamal.tv

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin