Koronavirusla mübarizəyə həsr olunan layihə reallaşdırılıb

11

German Marşal Fondunun dəstəyi ilə Ukraynanın “Yenilikçi İdarəetmə İnstitutu” (İnstitute of İnnovative Governance) təşkilatı tərəfindən “İctimai sağlamlıq yoxsa rəqəmsal azadlıqlar? Vətəndaşların COVİD-19-dan öncə və sonra izlənməsinin Şərq tərəfdaşlığı ölkələrində demokratiya üçün nəticələri” layihəsi həyata keçirilməkdədir.

yasamal.tv xəbər verir ki, bu barədə Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli bildirib.

Layihənin Azərbaycandakı partnyoru “Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar” İctimai Birliyidir. Layihənin əsas hədəfi Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrdə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə istifadə edilən mobil tətbiqlərin demokratiyaya olan təsirlərinin araşdırılmasıdır. Layihə çərçivəsində vətəndaşlarla və yerli vətəndaş cəmiyyəti təmsilçiləri ilə sorğular və intervyular həyata keçirilib. Dövlətin yaratdığı və təkmilləşdirdiyi COVİD-19 pandemiyası ilə mübarizə məqsədi ilə istifadə olunan mobil tətbiqlər analiz edilmişdir. Onların istifadə qaydaları, Azərbaycan Respublikasının qanunları, o cümlədən “Fərdi məlumatların qorunması haqqında qanun” ilə və ictimaiyyətə təqdim olunan məlumatlar ilə uyğunluğu məsələsi araşdırılmışdır.

Sorğu və intervyuların nəticələri, gəlinən nəticələrlə bağlı dövlətə müəyyən təklif və tövsiyyələri əks etdirən yekun hesabat sənədi hazırlanmışdır. Yekun hesabat sənədi həm ictimaiyyətə, həm də dövlətə təqdim olunacaq. Bu fəaliyyətlər paralel olaraq Avropa Birliyi Şərq Tərəfdaşlığı programına daxil olan 6 ölkədə aparılmaqdadır. Şərq Tərəfdaşlığı proqramına Azərbaycan, Ermənistan, Gürcüstən, Ukrayna, Moldova və Belarus ölkələri daxildir. 6 ölkədə aparılan araşdırmaların nəticəsini əks etdirən yekun sənəd hazırlanacaq və bu sənəd programa daxil olan hər bir ölkənin vətəndaş cəmiyyəti və dövlət orqanlarına təqdim olunacaq.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin