“Müasirləşən mediamızda yeni platformalar yaradılır” – Emil Əkbərovla müsahibə

11

“BİG Media” MMC-nin direktoru Emil Əkbərov artıq 17 ildir ki, bu şirkətə rəhbərlik edir.

20 ilə yaxın müddətdə uğurla fəaliyyət göstərən “BİG Media” MMC şirkətinə 4 xəbər portalı daxildir: BiG.AZ, Sonxeber.az, Xanim.az və İzle.az.

yasamal.tv xəbər verir ki, Emil Əkbərovun müsahibəsini təqdim edir:

Həmin müsahibəni oxucularımıza təqdim edirik:

– Emil bəy, sentayabrın 27-də başlayan Vətən müharibəsi zamanı informasiya cəbhəsində düşmənlə mübarizə aparanlardan sırasında sizin rəhbərlik etdiyiniz media qurumları da var. 44 günlük müharibə dövrünü və sonrakı mərhələni necə şərh edərdiniz?

– Bu müharibəsi zamanı biz də arxa cəbhədə, demək olar ki,  böyük döyüşlər apardıq. Məlum məsələdir ki, mənfur düşmən təkcə müharibə bölgəsində savaşa yox, informasiya savaşına da əl atmışdı. Onlar gecə-gündüz saytımızın fəliyyətini dayandırmağa, yaxud haker hücumuyla burada müxtəlif “fake” xəbərləri yerləşdirməyə çalışırdılar. Lakin onların bu cəhdləri uğursuz oldu, çünki biz hər bir şeyi peşəkarcasına hazırlayıb “silahlanmışdıq”. Bu baxımdan demək olar ki, biz xalq olaraq, “dəmir yumruq” ətrafında birləşib  düşmənlərimizi yalnız döyüş meydanında deyil, informasiya məkanında da məğlub etmişik.

– Təəssüf ki, 44 günlüklük Vətən müharibəsi dövründə dezinformasiya yayan və “düşmənin dəyirmanına su tökən” media qurumları oldu. Dövlətimizin təhülkəsizliyini təhlükə altına atan və ümumiyyətlə dezinformasiya yayan mətbuat qurumları barəsində hansı tədbirlərin görünməsi vacibdir?

– Əfsuslar olsun ki, belə saytlar oldu. Lakin erməniyə satılmış o riyakar, ikiüzlü saytlar heç bir şey edə bilmədilər və düşmənin özü kimi zəif çıxdılar. Biz onlara da qalib gəldik. Onlar ölkədə yalan xəbərləri yayıb ajiotaj yaratmağa çalışırdılar. Lakin xalqımızın ayıqlığı sayəsində düşmənlərin planları baş tutmadı. İnsanlar hansı saytların doğru xəbər yaydığını, hansı saytlara etibar etməli olduqlarını bilirdilər. Belə haların qarşısını almaq üçün doğru mənbələri tanımaq və yalanlara aldanmamaq yetərlidir.

– 17 ildir ki, media sahəsindəsiniz. Bu gün media sahəsində hansı problemlər var və onların həlli istiqamətində təklifləriniz nədir?

– Əlbəttə, 17 il ərzində, digər sahələrdəki kimi, istər çap, istər onlayn media sahəsində də böyük inkişaf var. Bu gün mediada artıq peşəkar jurnalistlər çalışaraq peşəkar iş nümayiş etdirirlər. Bu inkişafın getdikcə artacağını düşünürəm. Təkliflərimə gəlincə isə, demək istəyirəm ki, bu gün biz öndə gedən qlobal platformalarla ayaqlaşmalıyıq və onların təcrübəsini Azərbaycanda da tətbiq etməliyik. Hazırda buna çalışırıq və inanırırq ki, Azərbaycan mətbuatı hər zaman zirvələrdə olacaq.

– Bu gün jurnalistlərə qarşı münasibət birmənalı deyil. Təəssüf ki, bəzi dövlət qurumları, nazirliklər və özəl təşkilatlar media ilə əməkdaşlıq etməkdən imtina edir. Bunu bəzən verilən məlumatı təhrif edilməsi ilə əlaqələndirirlər. Medianın həmin qurumlarla əməkdaşlığı hansı istiqamətdə qurulmaldır ki, daha əhəmiyyətli olsun?

– Bəli. Təəssüf ki, sözlərinizlə razılaşmalıyam. Daha öncə dediyim kimi, hazırda inkişaf var və mənfi hallar azalıb, lakin əvvəllər bir çox “jurnalistlər” qarayaxma ilə məşğul idilər, hansıa dövlət orqanına hədə-qorxu gəlib təhdid etməklə müəyyən məvacib, qonorar əldə etməyə çalışırdılar. Amma şükürlər olun ki, zamanəmizdə onların sayı çox azdır. Buna baxmayaraq, yenə də jurnalistikaya xələl yetirən “jurnalistlər” mövcuddur. Dövlət qurumları, nazirliklər və özəl təşkilatlar da onların sayəsində mətbuatla əməkdaşlıqdan çəkinirlər. Lakin günümüzdə həm reytinq baxımından irəlidə olan, həm rəsmi, doğru xəbərlər yayan media qurumlarımız, saytlarımız  var. Dövlət qurumları, nazirliklər, özəl təşkilatlar bu saytlarla əməkdaşlıq etsələr, düşünürəm ki, bədxah jurnalistlər də mediadan kənarlaşacaqlar.

-Prezident İlham Əliyevin fərmanı ilə  Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi yaradılıb. Medianın İnkişafı Agentliyinin Azərbaycan mediasında rolu nədir və bu qurumun mətbuatımızın inkişafında hansı yenilikləri etməsini istərdiniz?

– Çox gözəl haldır ki, son illər Azərbaycanda siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində, eləcə də media sahəsində aparılan islahatlar davam etdirilir. Müasirləşən mediamızda yeni platformalar yaradılır. Bu hal həm çap, həm onlayn mediaya aiddir. İstər proqram baxımından, istər mütəxəssis işçilər yetişdirmək baxımından irəliləyiş müşahidə olunur.

Medianın İnkişafı Agentliyinin yaradılması da milli mediamızın inkişafı tarixində yeni keyfiyyət mərhələsinin başlanğıcı sayıla bilər. Eyni zamanda, Medianın İnkişafı Agentliyinin mediamızın inkişafı sahəsində atacağı addımlar milli informasiya resurslarımızın inkişafı və onların fəaliyyətinin təkmilləşdirilməsinə ciddi töhfələr verəcək. Hazırda müxtəlif internet resurslarında formalaşan informasiya subyektləri, onların davranış və fəaliyyəti və bunun informasiya təhlükəsizliyi kontekstində tənzimlənməsi məsələsi də günümüzün tələblərindən biridir. MEDİA-nın yeni rəhbərliyinin media sektorumuzun inkişafı sahəsindəki çağırışları və bu sahədəki iş təcrübəsi deməyə əsas verir ki, Agentlik cənab Prezidentin media qarşısında qoyduğu yeni inkişaf tələblərini əhəmiyyətli səviyyədə icra edə biləcək. Aparılacaq islahatlar medianın dövlət maliyyələşməsini, yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini və jurnalistlərin peşəkarlıq səviyyəsini artıracaq. Ən önəmlisi isə media-dövlət-cəmiyyət üçbucağında sağlam əməkdaşlığı, medianın bütün qurumlarında məsuliyyət və etik-peşə davranışlarının daha təkmil hala gətirilməsini, beynəlxalq əlaqələrin qarşılıqlı faydalı platformaya çevrilməsini yüksək səviyyədə təmin edə biləcək.

 

Bu gün media daha dinamik variantlara keçir. Medianın İnkişafı Agentliyinin yaranması və media haqqında qanun layihəsinin hazırlanması məsələsi bu sahəyə olan diqqəti daha da artırıb. Bildiyimiz kimi, Medianın İnkişafı Agentliyi çap mediasına və onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihələri elan edib. Müsabiqələrdən birinə ictimai-siyasi qəzetlər, digərinə isə ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri (veb-saytlar) müraciət edə bilərlər. Bu müsabiqə saytlar üçün faydalı olmaqla yanaşı, həm də layihə sahəsində yeni mühit yarada biləcək. Çap mediası üçün elan edilən yeni müsabiqə qaydaları qəzetlər arasında da sağlam rəqabət mühiti formalaşdıracaq. Həmçinin, qəzetlərin veb-saytlarına ayrıca maliyyənin ayrılması da yenilikdir. Düşünürəm ki, bu addım gələcəkdə qəzetlərin də bu versiyalara üstünlük verməsinə şərait yaradacaq. Bundan əlavə, düşünürəm ki, müsabiqə çap mediasının onlayn mediaya inteqrasiya etməsinə təkan verəcək. Ümumiyyətlə çap və onlayn media subyektləri üçün elan olunmuş müsabiqə beynəlxalq müstəvidə mediada gedən müasir prosesləri özündə ehtiva etməklə yanaşı, həm də Azərbaycan media subyektlərinin peşəkarlığının artırılmasını, onların simasının müasirləşməsini, beynəlxalq rəqabətdə imkanlarının artırılmasını hədəfləyib. İnanıram ki, yeni yaradılan Agentliyin sayəsində tez bir zamanda mətbuatda müsbət dəyişikliklər görəcəyik.

 

 

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin