“Əvvəlki Olimpiadalardan fərqli olaraq, Tokioya çarter reysi ilə getmək mümkün olmayacaq. Bu da pandemiya şəraiti ilə bağlıdır”.
yasamal.tv oxu.az-a istinadən xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib.
Onun sözlərinə görə, bu dəfə rəsmi yolasalma mərasimi olmayacaq:
“Dünən Cənab Prezidentlə danışdım. Qərara gəldik ki, belə şəraitdə yolasalma mərasimi keçirilməsin. Amma Prezidentin televiziya vasitəsilə idmançılara müraciəti olacaq”.
Qeyd edək ki, Tokio Olimpiadası 21 iyulda start götürəcək.