Samux rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
yasamal.tv-ın məlumatına görə, hadisə rayonun Sərkar kəndində qeydə alınıb. Hərəkətdə olan “VAZ 21011” markalı minik maşını idarəetmənin itməsi səbəbindən yolun kənarındakı işıq dirəyinə çırpılıb.
Qəza zamanı 1998-ci il təvəllüdlü Elkamil İbrahimov və Zahid Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.