“Fotolara effekt verilir, kənardan gördüyünüz parıltıya inanmayın”

11

“Daha bir gün keçirdiyimiz üçün şükür edək. Kənardan görünən parıltıya inanmayın. Fotoya effekt verilir çox vaxt”.

Millutribuna.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni İlhamə Qasımova sosial şəbəkədə yazıb. Sənətçi İnstaqram izləyicilərinin məşhurlara bəxtəvərçilik verməsindən bəhs edib:

“İnanın ki, sizin qəlbinizin təbii işığı o süni parlaqlıqdan güclüdür. Həsəd aparmayın, əksinə özünüz olmaq üçün özünüzü sevib fəxr edin. Qürur heç bir var-dövlətə və ya gözəlliyə bərabər deyil. Haqsızlıq gördükcə əsəbiləşməyin. Biz bu dünyada qonaq kimi yaşayırıq, haqq hər zaman yerini tapacaq”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin