Atamın bizdən başqa qızı da var”

9

Əkiz müğənnilər – Sevinc və Sevil Səfərovalar dünyasını dəyişmiş atalarının Rusiyada daha bir qız övladının olduğunu açıqlayıb.

yasamal.tv axşam.az-a istinadən xəbər verir ki, “Həmin Zaur” proqramında qonaq olan ifaçılar atalarının nikahdankənar dünyaya gələn bacıları ilə əlaqələrinin olduğunu deyiblər.

Sevinc Səfərova bildirib ki, Alana adlı xanım Rusiyada ailə həyatı qurub:

“Mərhum atamın Rusiyada yaşayan Alana adlı qızı var. Bacımızdır. Anası rusdur. 20-dən çox yaşı var. Görüşmüşük. Bakıya heç vaxt gəlməyib, orada ailə qurub. Bir-birimizə çox oxşayırıq. Sevilə daha çox bənzəyir. Atam sağ olarkən maraqlanardı.  Anam da ona heç vaxt fərq qoymayıb. Hazırda qardaşımla anam onunla eyni şəhərdə yaşayır, bir-birilərini görürlər”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin