Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
yasamal.tv xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1962-ci il təvəllüdlü Məmmədova Zeynəb Məhəmmədəli qızı və 1969-cu il təvəllüdlü Quliyeva Almaz Rəsul qızı xəsarət alıblar. Hər iki yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Z.Məmmədovaya sağ bazu oynağının sınığı, A.Quliyevaya alnın əzilmiş yarası diaqnozları qoyulub.