Moskva prospekti ilə “Şamaxı yolu” bağlanır

11

Moskva prospektilə “Şamaxı yolu” adlanan ərazi istiqamətində hərəkət məhdudlaşdırılıb.

Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri çərçivəsində 28-29 aprel tarixlərində “20 Yanvar” dairəsindən “Şamaxı yolu” adlanan ərazi istiqamətində hərəkət məhdudlaşdırılır.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumatda bildirilib.

Qeyd edilib ki, alternativ olaraq sürücülər Ziya Bünyadov pr-ti – Asif Məhərrəmov küçəsi, Ziya Bünyadov pr-ti – 3-cü mkrn dairəsi – Tbilisi pr-ti və ya Ziya Bünyadov pr-ti – 20 Yanvar dairəsi – Müzəffər Həsənov küç. – Alatava istiqamətlərindən istifadə edə bilərlər. Agentlik yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin