ÜST-ün Baş direktoru Prezident İlham Əliyevə təşəkkür edib

16
Ethiopian Minister of Foreign Affairs Tedros Adhanom Ghebreyesus attends a press conference launching his candidacy to the post of Director General of World Health Organization (WHO), on the sidelines of the WHO's annual assembly, on May 24, 2016, in Geneva. Delegates from 194 member-states gather for the second day of the WHO's annual assembly, with the UN agency's chief Margaret Chan warning in an opening address that the world was not prepared to cope with a rising threat from infectious diseases. / AFP / FABRICE COFFRINI (Photo credit should read FABRICE COFFRINI/AFP/Getty Images)

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi mətbuat konfransında Azərbaycanın koronavirus pandemiyasına qarşı həm qlobal, həm də regional mübarizəyə töhfəsindən danışıb.

yasamal.tv xəbər verir ki, Baş direktor bu yaxınlarda Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən videokonfrans formatında toplantıda koronavirusa qarşı mübarizə barədə müzakirələr aparıldığını, özünün də həmin toplantıda iştirak etdiyini bildirib. Tedros Adhanom Qebreyesus bu kimi addımları vacib hesab etdiyini vurğulayıb.

ÜST-nin baş direktoru Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizəyə verdiyi qlobal töhfəni yüksək qiymətləndirib. O deyib ki, Azərbaycan qlobal səviyyədə bu mübarizəyə beş milyon ABŞ dolları vəsait ayırıb.

“Mən Azərbaycan Prezidentinin milli, regional və qlobal səviyyədə bu mübarizədə güclü səylərini görürəm. İmkandan istifadə edərək cənab Prezidentə təşəkkürümü bildirmək istəyirəm ki, bütün bu üç səviyyədə səyləri birləşdirir, dəstək verir”, – deyə Tedros Adhanom Qebreyesus bildirib. (azərtac)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin