İngilis aktrisa Emma Tompson arıq və dəbli görünməyə çalışmaqdan narahat olduğunu açıqlayıb.
yasamal.tv xəbər verir ki, 62 yaşlı sənətçi modaya uyğun hərəkət etməyi sevmədiyini deyib. O bildirib ki, heç vaxt dəb izləmir:
“Çox ciddi görünməkdən xoşum gəlmir, bir az əylənmək istəyirəm. Hər günü son günüm kimi yaşayıram. Ona görə də, ölümdən qorxmuram. Arıq və dəbli görünmək üçün çalışmaqdan narahat oluram”.