Makronla Putin “Dağlıq Qarabağ problemi” deməklə nəyə eyham vururlar?

11

“Rusiya və Fransa prezidentləri Emmanuel Makron və Vladimir Putin aprelin 26-da telefonla danışıblar. Hər iki lider Ukrayna ətrafındakı durumu müzakirə etdikdən sonra keçiblər Qarabağa”.

yasamal.tv xəbər verir ki, bunu Emmanuel Makronla Vladimir Putinin dünənki telefon danışığını şərh edən politoloq Elxan Şahinoğlu bildirib.

“Prezidentlərin telefon danışığından sonra yayılan açıqlamada belə bir cümlə yer alıb:

“Makron və Putin yaxın zamanlarda Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu çərçivəsində yeni təşəbbüslər hazırlayacaqlar”.

Birincisi, görəsən Rusiya və Fransa Azərbaycanın arxasında hansı təşəbbüslər hazırlayırlar? İkincisi, prezident İlham Əliyev “münaqişə artıq həll olunub” deyərkən, Fransa və Rusiya prezidentləri “Dağlıq Qarabağ problemi” ifadəsi işlətməklə nəyə eyham vururlar, söhbət “status” müzakirələrindənmi gedir? Erməni separatçılarının lideri “yeni təşəbbüslərlə” tanış olmaq üçünmü Moskvaya çağrılmışdı?”, – E.Şahinoğlu bildirib.

Politoloq deyir ki, “yeni təşəbbüslər” nədirsə Azərbaycanın əleyhinə yönəlib.

“Rusiya və Fransanın Qarabağ məsələsində buna qədərki fəaliyyətindən nə fayda əldə etdik ki, bundan sonra Parislə Moskvanın təşəbbüsləri bölgəyə barış gətirsin? Tam əksinə, müharibə bitib, Moskva Bakının arxasında separatçıların lideri ilə məsləhətləşir, Parisdən İrəvana gedənlər isə “Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımalıdır” açıqlamaları verirlər. Biz isə baş verənləri izləməklə məşğuluq…”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin