Mübariz Mənsimov Baloğlan Əşrəfovun ölümündən yazdı

10

“Bu gün fani dünyanı tərk etdin. Allah sənə rəhmət eləsin, sədaqətli qardaşım. Azərbaycan incəsənətinə öz imzasını ata bilən sənətkarımız. Ata və anamın gəncliyi”.

yasamal.tv xəbər verir ki, bunu dünyasını dəyişən Əməkdar artist Baloğlan Əşrəfovla bağlı “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov sosial şəbəkə hesabında bildirib.

İş adamı sənətçi ilə fotosunu paylaşaraq Əşrəfovun daim qəlblərdə yaşayacağını bildirib:

“O gözəl səsinlə ifa etdiyin mahnılar heç vaxt unudulmayacaq. Bu o deməkdir ki, sən ölmədin, hər zaman qəlbimizdə yaşayacaqsan. Rahat yat, əziz dost… Ruhun şad olsun…”.

Qeyd edək ki, M. Mənsimov illər əvvəl səhhətində ciddi problem yaranan müğənnin müalicə xərclərinə üzərinə qarşılamışdı.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin