Niderlandın şəhərlərində Ermənistanın əleyhinə bilbordlar yerləşdirilib – Fotolar

10

“Avropa Azərbaycanlıları Media Qrupu”nun təşəbbüsü və Diaspora Komitəsinin dəstəyi, həmçinin Belçika -Niderland Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Emin Əliyevin təşəbbüsü ilə Niderlandın Barneveld, Venlo və Zoetermeer-Haaga şəhərlərində avtobanların kənarında minaların insanları qətlə yetirməsini əks etdirən bildbordlar yerləşdirilib.

yasamal.tv xəbər verir ki, bu barədə Kamalia Ceylinova məlumat verib. O, bildirib ki, bildbordlarda “#ArmenianWarCrimes” həştəqi ilə “Ermənistan mina xəritələrini verməyərək, müharibə cinayəti törətməkdə davam edir”, “Mina xəritələri olmadan azərbaycanlı məcburi köçkünlər evlərinə qayıda bilmir”, “Ermənistan tərəfi yalanlar söyləyir, məqsədləri azərbaycanlı məcburi köçkünlərin azad edilmiş torpaqlara qayıdışını gecikdirməkdir” kimi şüarlar yazılıb.

Plakatlarda mina partlayışını, azad edilmiş ərazilərimizdən tapılan minaları əks etdirən şəkillər nümayiş olunur.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz:

055-212-35-55 WHATSAPP

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin