Rusiya AŞPA-da da Bakını müdafiə etdi – Qriqoryan

12

Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin mövqeyi 44 günlük müharibədəki Rusiya-Türkiyə tərəfdaşlığının uzunmüddətli xarakter daşıdığına şahidlik edir.

yasamal.tv xəbər verir ki, bunu erməni politoloq Stepan Qriqoryan deyib.

“Bu o deməkdir ki, Rusiya bu gün də müharibə zamanı gördüyümüz siyasətini davam etdirir. Rusiya Türkiyə ilə aktiv əməkdaşlıq edir, bizim regionda məsələləri ilk növbədə Türkiyə ilə həll edir və Azərbaycanı dəstəkləyir. Biz bunu müharibə zamanı gördük və indi də AŞPA-da görürük. Hansısa formada mənim üçün bu, gözlənilən idi. Ona görə ki, böyük dövlətlər, böyük güclər bir gündə, bir həftədə dəyişmirlər”, – deyə o bildirib.

Qeyd edək ki, AŞPA-da Ermənistan nümayəndələri Bakının ələ keçirdiyi erməni terrorçuları (Ermənistan onları “əsirlər” adlandırır) ilə bağlı məsələni gündəmə gətirsə də, Rusiya onu müdafiə etməyib. Moskvanın bu mövqeyi Ermənistanda narazılığa səbəb olub.(axar.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin