Valyuta hərracında dollara tələb artıb

10

Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

yasamal.tv bu barədə AMB-yə istinadən xəbər verir.

Qeyd edək ki, ABŞ dollarına tələb aprelin 8-nə nisbətən 6,5 milyon ABŞ dolları və ya 11,7 % artaraq 62,1 milyon ABŞ dolları təşkil edib və tam ödənilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Xatırladaq ki, ABŞ dollarına tələb aprelin 8-də əvvəlki hərraca nisbətən 18,8 milyon ABŞ dolları və ya 25,3 % azalaraq 55,6 milyon ABŞ dolları olub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin