Somalidə iki hərbi bazaya hücum: 47 hərbçi ölüb

11

Somalinin cənubunda, ölkə paytaxtı Moqadişonun yaxınlığında yerləşən iki hərbi bazaya “Aş-Şabab” terrorçularının hücumu nəticəsində 47 hərbçi öldürülüb, 6 hərbi avtomobil ələ keçirilib.

yasamal.tv xəbər verir ki, məlumatı yerli “Dalsan” radiostansiyası yayıb.

Somali Silahlı Qüvvələrinin nümayəndəsi Hüseyn Nur bildirib ki, Barir və Avdiqle şəhərlərindəki hərbi bazalara silahlıların hücumu nəticəsində hər iki tərəfdən itkilər var. Onun sözlərinə görə, hökumət qoşunlarına yardım etmək üçün şimaldan gələn hərbçilərin karvanına da hücum olub.

İtkilərin və yaralıların sayının artacağı istisna edilmir.(report)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin