DÇ-2022-nin seçmə oyunu qadın hakimə tapşırıldı

11

DÇ-2022-də seçmə mərhələnin Niderland – Latviya oyunu qadın hakimə tapşırılıb.
 
yasamal.tv xəbər verir ki, martın 27-də Amsterdamdakı “Yohan Kruiff Arena”da təşkil olunacaq görüşü Fransadan olan qadın referi Stefani Frappar idarə edəcək.
37 yaşlı hakim karyerasında ilk dəfə kişilər arasındakı dünya çempionatının seçmə oyununda iş başında olacaq. O, Fransa Liqa 1, UEFA Super Kuboku və Çempionlar Liqasında oyun idarə etmiş ilk qadın baş hakimdir.
Qeyd edək ki, G qrupunda ilk turun oyunlarında Niderland Türkiyəyə 2:4, Latviya isə Monteneqroya 1:2 hesabı ilə uduzub.(fanat.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin