
Ðîññèÿ. Ìîñêâà. 14 äåêàáðÿ 2017. Ïðåññ-ñåêðåòàðü ïðåçèäåíòà ÐÔ Äìèòðèé Ïåñêîâ âî âðåìÿ áîëüøîé åæåãîäíîé ïðåññ-êîíôåðåíöèè ïðåçèäåíòà ÐÔ Âëàäèìèðà Ïóòèíà â Öåíòðå ìåæäóíàðîäíîé òîðãîâëè íà Êðàñíîé Ïðåñíå. Àíòîí Íîâîäåðåæêèí/ÒÀÑÑ
Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya və Türkiyə arasında Suriya ilə bağlı fikir ayrılıqlarının olduğunu, lakin buna baxmayaraq iki ölkə arasında əməkdaşlığın davam etdiyini bəyan edib.
yasamal.tv xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.
D.Peskovun sözlərinə görə, rusiyalı hərbçilər türkiyəli həmkarları ilə, iki ölkə prezidentlərinin əldə etdiyi razılaşmalar əsasında, olduqca sıx əməkdaşlıq edirlər.
“Əməkdaşlığın həyata keçirildiyi bölgələrdə vəziyyət sadə deyil, orada terror elementləri qalmaqda davam edir. Bu isə vəziyyətin normallaşmasına mane olur. Lakin bütün bunlara baxmayaraq, əməkdaşlıq davam edir. Suriya ilə bağlı fikir ayrılıqları da var”, – deyə Vladimir Putinin sözçüsü bildirib.(oxu.az)