“Müasir münaqişələr uzun müddət davam etdiyi üçün ticari-iqtisadi əlaqələrə əhəmiyyətli dərəcədə zərər verir. Dağlıq Qarabağ münaqişəsi Ermənistanın iqtisadi blokadasına, on illərdir formalaşmış əlaqələrin qırılmasına, otuz il ərzində bütün Cənubi Qafqazın işgüzar aktivliyinin və nəqliyyat-loqistika sisteminin inkişafının ləngiməsinə səbəb oldu”.
yasamal.tv xəbər verir ki, bu sözləri “Caliber.Az”-a müsahibəsində rusiyalı analitik, “Avrasiya-Povoljye” İnformasiya Analitik Mərkəzinin direktoru Marina Lapenko Cənubi Qafqaz regionunda kommunikasiyaların bərpasının əhəmiyyəti barədə danışarkən deyib.
“Buna görə də “regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması” barədə razılaşmaları əsl sıçrayış, regionda nəqliyyat dəhlizlərinin inkişafında yeni mərhələnin başlanğıcı və regionun nəqliyyat təcridindən çıxışı hesab edə bilərik. Bu proses bir neçə il uzana bilər və əlbəttə ki, buna nail olmaq asan olmayacaq, çünki tərəfləri Rusiya sülhməramlıları ayırır və hələ vasitəçilər olmadan konstruktiv birbaşa dialoqdan çox uzaqdırlar. Ancaq başlanğıc qoyulub və bu sevindirməyə bilməz.