“Çox heyif ki, Messi və Ronaldu Çempionlar liqasının 1/4 finalında olmadı”.
yasamal.tv-ın məlumatına görə, bu sözləri “Barselona”nın baş məşqçisi Ronald Kuman deyib.
“Lionel Messi öz gələcəyi ilə bağlı vəziyyəti özü həll edəcək, bu məsələdə heç kim ona kömək etməyəcək. O, artıq indi görür ki, komanda düzgün istiqamətdə irəliləyir. Bizim apardığımız dəyişiklikləri və yetişən gənc futbolçuların sayını gördükdə o, komandanın gələcəyinə şübhə edə bilməz”, – deyə R.Kuman bildirib. (oxu.az)