Araz Əlizadə: “Təkrar seçkilərə hazırlaşıram”

11

“Hazırda Bakıdayam, partiya rəhbərliyi çərçivəsində siyasi fəaliyyətimi davam etdirirəm”.

yasamal.tv xəbər verir ki, bu sözləri Modern.az-a Milli Məclisin sabiq deputatı, Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə söyləyib. 2020-ci il fevralın 9-da keçirilən parlament seçkilərindən sonra nisbətən susqunluğu ilə diqqət çəkən sabiq deputat siyasi fəaliyyətinin davam etdiyini açıqlayıb:

“Hər şey yaxşıdır. Partiya çərçivəsində əməli iş gedir”.

Araz Əlizadə ötən həftə siyasi gündəmə damğasını vuran Yeni Azərbaycan Partiyasının qurultayı haqqında sualımızı da cavablandırıb. Partiya sədri altı müxalifət partiyasının YAP-a birləşməsinə münasibət bildirib:

“Azərbaycanda bizimlə eyni məzhəbə qulluq edən, eyni fikir və ideyaları paylaşan siyasi partiya yoxdur. Ona görə, hansısa partiyanın bizə birləşmək istəyi haqqında təklif almamışıq”.

Araz Əlizadə parlamentin boş qalan deputat yerlərinə keçiriləcək seçkilərə hazırlaşdığını söyləyib:

“Seçkilərə hazırlıqla bağlı fəaliyyətimiz davam edir. Seçki elan edilərsə, iştirak edib, namizəd olacağıq”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin