Azərbaycanda qızıl və gümüş ucuzlaşıb

10
gold bars, gold coins and paper money.

Martın 2-də qızılın qiyməti martın 1-i ilə müqayisədə 56,678 manat (1,91 faiz) azalaraq 1 unsiya üçün 2 915,6615 manat təşkil edib.

yasamal.tv xəbər verir ki, gümüş 1,1393 manat (2,5 faiz) ucuzlaşaraq 1 unsiya üçün 44,4843 manata bərabər olub.

Platinin qiyməti 51,8245 manat (2,51 faiz) azalaraq 2 010,0715 manat, palladiumun qiyməti 21,131 manat (0,53 faiz) artaraq 3 998,689 manat təşkil edib.

Bir ay ərzində bir unsiya qızıl 238,7565 manat (7,6 faiz) ucuzlaşıb, gümüş 3,7643 manat (7,8 faiz) ucuzlaşıb, platin 111,86 manat (5,9 faiz) bahalaşıb, palladium 159,29 manat (4,1 faiz) bahalaşıb.

Bir il ərzində isə bir unsiya qızıl 194,0125 manat (7,1 faiz) bahalaşıb, gümüş 15,6274 manat (54,2 faiz) bahalaşıb, platin 510,8415 manat (34,1 faiz) bahalaşıb, palladium 504,9 manat (11,2 faiz) ucuzlaşıb.(trend)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin