Gəncədə 53 yaşlı kişi bıçaqlanıb

12

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

yasamal.tv-ın məlumatına görə, hadisə şəhərin Ruzigar Qasımov küçəsində qeydə alınıb.

Şəhər sakini, 1968-ci il təvəllüdlü İlqar Hüseynov əlinin, ayağının və qarnının kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

53 yaşlı kişi dərhal cərrahi əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil, polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.