Azərbaycan ordusu Türkiyə modelinə keçir

14

“Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq gündən-günə güclənir”.

Milliribuna.az-ın məlumatına əsasən, bunu Prezident İlham Əliyev yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.

Prezident qeyd edib ki, Türkiyədən yeni silahların alınması istiqamətində işlər aparılır.

“O silahlar yaxın zamanlarda Azərbaycana gətiriləcək. Bizim ordumuz daha güclü, daha çağdaş olmalıdır”, – deyə Prezident əlavə edib.

İlham Əliyev söyləyib ki, Türkiyə Silahlı Qüvvələrinin modeli Azərbaycan üçün ən məqbul olandır.

“Bu istiqamətdə də bərabər çalışacağıq”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin