İtaliya klubu tanınmış baş məşqçini qovdu

9

İtaliyanın “Kalyari” komandası baş məşqçisi Eusebio Di Françesko ilə yollarını ayırıb.

yasamal.tv xəbər verir ki, 52 yaşlı mütəxəssisin müqaviləsi ləğv edilib.

İtaliyalı baş məşqçi ilə yanaşı, onun köməkçiləri də istefaya göndərilib. Di Françeskonu bu postda Leonardo Sempliçinin əvəzləyəcəyi gözlənilir.

Qeyd edək ki, “Kalyari” A Seriyasında 23 turdan sonra 15 xalla 18-ci pillədə qərarlaşıb.(report)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin