“Son illərdə dərslik hazırlığında yeni yanaşmalar, reqla ment və prosedurlar tətbiq edilib”.
yasamal.tv modern.az-a istinadən Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayevin “Milli Məclis” jurnalına verdiyi müsahibəni təqdim edir:
– “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan 7 il keçir. Bu müddət ərzində hədəflərə çatmaq müm kün oldumu və sənədin icrası nə yerdədir?
– Ölkəmizin təhsil sisteminin inkişafında, onun müasirləşməsi və rəqabət qabiliyyətliliyinin gücləndirilməsində “AzərbaycanRespublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın mühüm rolu olmuşdur. Ötən müddət ərzində strategiyada nəzərdə tutulmuş hədəflərə çatmaq üçüntəhsilin bütün pillə və səviyyələri üzrə yeni innovativ təşəbbüslər həyata keçirilmiş, ümumitəhsil müəssisələrinin rəhbər və pedaqoji kadrlarla təminatı, müəllim fəaliyyətinin qiymətləndirilməsi və əməyinin stimullaşdırılması, yeni dərslik və dərs vəsaitlərinin hazırlanması, maddi-texniki vətədris bazasının müasirləşdirilməsi və təhsil qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilmişdir.
Strategiyada nəzərdə tutulmuş əsas hədəfərdən biri olan məktəbəhazırlığa cəlbolunma səviyyəsinin yüksəldilməsinə nail olunmuşdur. 2020-2021-ci tədris ilində dövlət büdcəsi vəsaiti hesabına ümumtəhsil məktəblərində 104 min nəfər məktəbəhazırlığa cəlb edilmiş, 5 yaşlı uşaqlarıntəhsilə cəlbedilməsi səviyyəsi 2013-cü ildəki 24%-dən cari tədris ilində 80%-ə çatdırılmışdır.
Ümumi təhsildə 11 il bundan əvvəl başlanmış məzmun islahatlarının bir mərhələsi başa çatmış, səriştə əsaslı dövlət standartları təsdiq edilmiş, yeni təhsil proqramlarına uyğun olaraq buraxılış sinifərində daha səmərəli qiymətləndirməyə imkanverən yeni imtahan modelinə keçilmişdir.
İstedadlı şagirdlərin aşkar olunması və onların potensialının inkişafı sahəsində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilmiş, nəticədə respublika və beynəlxalq olimpiadalarda şagirdlərimizin uğurları xeyli artmışdır. 2013-2020-ci illər ərzində beynəlxalq fənn olimpiadalarında 10 qızıl, 67 gümüş, 167 bürünc medal və 50 həvəsləndirici mükafat olmaqla, ümumilikdə 244 medal qazanılmışdır. Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqə və yarışların qaliblərinin ali məktəblərə müsabiqədənkənar qəbul hüququ əldə etməsi olimpiada hərəkatının daha da genişlənməsinə səbəb olmuşdur. Bununla yanaşı, istedadlı uşaqlar üçün şəbəkənin inkişafı istiqamətində 2020-2021-ci tədris ilindən Gəncə, Şirvan, Şəki şəhərlərində, Quba və Şəmkir rayonlarında 5 yeni lisey fəaliyyətə başlamışdır. Beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılması istiqamətind əbeynəlxalq qiymətləndirmə proqramlarında iştirak təmin edilmişdir. TİMSS 2019 beynəlxalq qiymətləndirməsində Azərbaycanın riyaziyyat üzrə göstəricisi 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 52 bal artmaqla 515 bal olmuş, ölkəmiz 58 ölkə arasında 28-ci yerdə qərarlaşmışdır.
Müasirdövrdətəhsilsistemigənc nəsligələcəkrəqəmsaltexnologiya lar,süniintellektdövrünəhazırla maqüçünonlaraindikindənəsaslı şəkildəfərqlənənyenikompetensi yalar,ixtisaslarvəpeşələrverməli dir.Qeydedilənçağırışlarauyğun olaraqTəhsilNazirliyitərəfindənbir sırauğurlutəşəbbüslərartıqhəyata keçirilməkdədir.20182019cutədris ilindənbaşlanan“Rəqəmsalbaca rıqlar”,20192020citədrisilindən reallaşdırılan“STEAM”layihələri artıq369məktəbdətətbiqolunurvə 143mindənçoxşagirdiəhatəedir.
Dövlətstrategiyasınamüvafiq olaraqsonillərdəmüəllimnüfu zunun,müəllimlərinpeşəkarlıq səviyyəsininyüksəldilməsi,istedadlı insanlarınmüəllimliyəcəlbedilməsi istiqamətindəciddiaddımlaratılmış dır.CaritədrisilindəTəhsilNazirliyi tərəfindənkeçirilənmərkəzləşdiril mişmüsabiqəninnəticələrinəəsasən 7909müəllimişəqəbulolunmuş,va kantyerlərin100%tutulmasıtəmin
edilmiş, uzun illər ərzində ixtisaslı kadr çatışmazlığı olan ucqar kənd məktəblərinin kadr təminatı problemi, demək olar ki, həll edilmişdir. Həyata keçirilən kompleks tədbirlər nəticəsində müəllimlik rəqabətli bir peşəyə çevrilmiş, ən yüksək nəticə göstərmiş abituriyentlər arasında müəllimlik ixtisasını seçənlərin sayı dəfələrlə artmışdır.
Ölkə Prezidentinin sərəncamına əsasən, 2014-2018-ci illərdə ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi uğurla aparılmış, ümumilikdə 150 mindən çox müəllimin həftəlik dərs yükü 1,5 dəfə, vəzifə maaşı 2 dəfə artırılmış, onların orta aylıq əmək haqqı 600 manat civarında olmaqla ölkə üzrə orta aylıq əmək haqqına yaxınlaşmışdır.
Strategiyaya uyğun olaraq müəl limlərin peşəkarlığının davamlı şəkildə artırılması sahəsində təkmil sistem yaradılmışdır və hər il 20 mindən çox müəllim təlimlərə cəlb olunur. Bu istiqamətdə yeni hədəf kimi onların fəaliyyətinin sertifi katlaşdırılması ilə bağlı qaydalar hökumət tərəfindən təsdiq edilmiş dir və artıq prosesə hazırlıq işləri aparılmaqdadır.
Strategiyanın tələblərinə uyğun olaraq idarəetmə sahəsində ciddi də yişikliklərə nail olunmuşdur. Ümumi təhsil müəssisələrində şagird sıxlığının optimallaşdırılması, şəfaflığın və valideyn məmnunluğunun təmin edilməsi məqsədi ilə ölkə üzrə I sinfə şagird qəbulu və məktəbə hazırlıq qruplarına uşaqların qəbulu elektron sistem vasitəsilə aparılır.
Müasir tələblərə cavab verən və ömür boyu təhsili təmin edən infrastrukturun yaradılması istiqamətində ciddi addımlar atılmışdır. Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə 2003-2020-ci illər ərzində 3400-dən çox məktəb binası tikilmiş və ya əsaslı təmir edilmişdir ki, bu da bütün məktəblərin 76%-ni təşkil edir. Ölkə Prezidentinin təşəbbüsü ilə ilk dəfə olaraq ucqar kəndlərdə az şagird kontingenti olan qəzalı məktəblərin yeni binalarla əvəz edilməsi çərçivəsində modul tipli məktəb təcrübəsi tətbiq edilmiş, regionlarda 400-dən çox modul tipli məktəblər quraşdırılmışdır. Yalnız 2020-ci ildə Təhsil Nazirliyi tərəfindən 94 təhsil müəssisəsi tikilmiş və əsaslı təmir olunmuşdur. Heydər Əliyev Fondu nun təşəbbüsü ilə 62 məktəbin inşası və əsaslı təmiri başa çatdırılmışdır. Ümumilikdə 2020-ci ildə yeni tikilən və əsaslı təmir olunan məktəblərin sayı 256-ya çatmışdır.
Peşə təhsili pilləsinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində yeni qanun qəbul edilmiş, qanunda peşə təhsili sisteminə tam yeni yanaşma təsbit olunmuş, bu pillənin ilk peşə, texniki peşə və yüksək texniki peşə təhsili olmaqla 3 səviyyədə fəaliyyət göstərməsi təmin edilmişdir.
Ali təhsildə ilk dəfə olaraq yeni məzmun və tədris texnologiyaları əsasında SABAH (savadlı, bacarıq lı və hazırlıqlı) layihəsinin həyata keçirilməsinə başlanmışdır. 2014-cü ildən uğurlu təhsil modeli kimi tətbiq edilən SABAH layihəsi hazırda 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 35 ixtisas və 2400-dən artıq tələbəni əhatə edir. Son iki il də SABAH qruplarını 1572 məzun bitirmişdir və onların uğurlu həyat trayektoriyası tərəfimizdən maraqla izlənilir.
Ali təhsilin əlçatanlığının artırılması, tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə yüksək ixtisaslı, peşəkar kadrların hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində ölkə Prezidenti tərəfindən əhəmiyyətli qərarlar qəbul olunmuş, nəticədə təqaüd alan tələbələrin sayı cari tədris ilində 50%-ə çatdırılmışdır. Eyni zamanda, ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə dövlət sifarişi yerləri 2019-cu ilə nisbətən 66,1% artırılmışdır. Hazırda tələbələrin 46% dən çoxu dövlət sifarişi və ya dövlət hesabına təhsil alır.
– Cənab nazir, dərsliklər müasir dövrün çağırışları, elmin sürətli inkişafı və texnoloji dəyişik liklərlə necə ayaqlaşa bilir?
– Bildiyiniz kimi, məktəbdə tədris olunan fənlər bu və ya digər elmin əsaslarını gənc nəslə öyrətməyə xid mət edir. Elm yeni hüdudları keçirsə, fənn və onun tədrisi də elmin arxasınca irəliləməlidir. Belə olan halda dərsliklərin həcmi və məna tutumu xeyli artmalı idi. Lakin yaxşı hal odur ki, bu gün ümumi təhsil hafizə məktəbindən təfəkkür məktəbinə doğru addımlayır və şagirdə ağır informasiya yükü vermək əvəzinə, onu bu informasiya ilə işləmək, məlumatı emal etmək, tətbiq etmək, düşünmək və s. bu kimi bacarıqlar ilə silahlandırır.
Onu da qeyd edim ki, ötən il yenilənmiş “Ümumi təhsilin dövlət standartları” da təhsilin səriştə əsaslı olmasını tələb edir. Başqa sözlə, müasir məktəb şagirdi daha çox vacib səriştələrlə təmin etməlidir ki, bu təməl üzərində dəyişən tələblərə uyğun bilik və bacarıqlar müstəqil şəkildə qazanıla bilsin. Lakin bu da doğrudur ki, son zamanlar elmin sürətli inkişafı dərsliklərin əsaslı və mütəmadi transformasiyasını zərurətə çevirmişdir. Bu günün dərslikləri informasiya mənbəyindən daha çox öyrənməni asanlaşdıran soraqçaya bənzəməlidir. Bizim məktəb dərslikləri hər 4 ildən bir məzmunca yenilənir və təkmilləşdirilir.
Bu baxımdan son illərdə dərslik hazırlığında yeni yanaşmalar, reqla ment və prosedurlar tətbiq edilmişdir. Hazırlanmış dərsliklər müxtəlif səviyyələrdə və strukturlarda qiymətləndirilir, bu məqsədlə yaradılmış portalda yerləşdirilərək ictimai müzakirəyə çıxarılır, təklifər təhlil edilərək nəşriyyatlara və müəllifərə yönəldilir. Məhz yeni reqlamentlər əsasında 2020-2021-ci tədris ilinə I-XI sinifər üçün 339 adda 7.233.214 nüsxə dərslik və metodik vəsait çap edilmiş və şagirdlərin istifadəsinə verilmişdir. Təhsil İnstitutu nəzdində Tədris Resursları Mərkəzi yaradılmış və yeni məzmun konsepsiyası əsa sında ümumtəhsil məktəbləri üçün ehtiyat dərsliklərin hazırlanmasına başlanmışdır. Eyni zamanda, dərslik hazırlığı sahəsində Sinqapur təcrü bəsindən istifadə üzrə işlərə start verilmişdir.
Bilirsiniz ki, xeyli vaxtdır dərslik lərin elektron versiyaları da hazırlanır və bunların bir hissəsi zənginləş dirilmiş e-dərsliklər kateqoriyasına aiddir. Həmin dərsliklər mövzuya uyğun hiperlinklərlə təmin edilir ki, şagirdin daha dərin, yaxud daha ətrafı öyrənmə imkanı olsun. Nazirliyin müvafiq portalında həm də müxtəlif fənlər üzrə öyrədici animasiya filmləri, videomühazirələr yerləşdirilmişdir və bu tipli elektron resursların sayı mütəmadi çoxalır, keyfiyyəti artırılır.
– Peşə təhsilinin inkişaf perspektivlərini iki dövrə bölmək olar – Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılmasından əvvəlki və sonrakı dövrə. Agentlik peşə təhsilinin modernləşməsində nələrə nail ola bildi?
– Peşə təhsili iqtisadiyyatın real sektoruna və əmək bazarına ən yaxın təhsil pilləsi olmaqla, bütün seqmentlər üzrə ixtisaslı kadrların hazırlanmasında, məşğulluğun tə min edilməsində müstəsna əhəmiy yətə malikdir. Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən 2016-cı il aprelin 20-də Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin (PTDA) yaradılmasının əsas məqsədi peşə təhsili sahəsində peşə hazırlığının səmərəliliyinin artırılmasını, işəgötürənlərin peşə təhsilinə inteqrasiyasını və ölkə iqtisadiyyatı üçün rəqabət qabiliyyətli ixtisaslı kadrların hazırlanmasını təmin etmək idi. PTDA yaranmazdan əvvəl peşə təhsilində islahatların və pilot layihələrin başlanğıc mərhələsi, ilk təşəbbüslərin ortaya çıxması və inkişaf proqramının hazırlanması dövrü idi. PTDA yarandıqdan sonrakı mərhələni idarəetmə prosesinin daha da təkmilləşdirilməsi, tədrisdə innovativ yanaşmanın tətbiqi və müəyyən istiqamətlər üzrə konkret nəticələrin olduğu dövr kimi qiymətləndirmək olar. “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin qəbul olunması ölkə rəhbərliyinin bu sahəyə verdiyi diqqətin bariz nümunəsidir.
Təcrübə göstərir ki, elmi-texnoloji tərəqqi, innovasiyalar və modernləşmə nəticəsində praktiki bilik və bacarıqlarla zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsil öz fundamental əhəmiyyətini itirməkdədir. Bu baxımdan təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bacarıqların, səriştənin vacibliyi önə çəkilir. Qeyd edilənlərə əsasən peşə təhsilində də əmək bazarının cari və gələcək tələbləri əsas götürülməli, əmək bazarında iş təklif edən bütün subyektlər, dövlət və özəl olmasından asılıolmayaraq, maraqlı tərəfə çevrilməlidir. Bu istiqamətdə 2017-ci ildən aparılan islahatlar nəticəsində 39 ixtisas üzrə yeni kurikulum, 193 yeni dərslik ha zırlanmışdır.
Peşə təhsili müəssisələrinin (PTM) rasionallaşdırılmasına başlanılmış, nəticədə 55 PTM bazasında 24 peşə təhsil mərkəzi yaradılmışdır. Bununla yanaşı, 2019-cu ilin sentyabr ayında regionda bənzəri olmayan Sənaye və İnnovasiyalar üzrə Bakı Peşə Təhsil Mərkəzinin (BPTM) açılışı olmuşdur. Koreya Respubli kasının peşə təhsili modeli əsasında qurulan mərkəzdə nəzəri və praktiki bacarıqların formalaşdırılması üçün bütün şərait yaradılıb. Cari tədris ilindən etibarən ilk dəfə olaraq mərkəzdə 2 ixtisas üzrə yüksək texniki peşə – subbakalavr səviyyəsi üzrə tədrisə başlanılmışdır. İlk dəfə olaraq peşə təhsili sahəsində qeyri-formal və unformal (səriştələrin tanınması) təhsilin tanınması mexanizmi yaradılmış və pilot olaraq tətbiqinə başlanılmışdır.
– Dünya universitetlərinin əsas hədəfi tədqiqat universitet lərinə çevrilməkdir. Bunun üçün elm və təhsilin vəhdəti vacibdir. Azərbaycanda elmlə təhsilin vəhdəti üçün hansı işlər görülməlidir?
– Hazırda biz texnologiyaların böyük sürətlə dəyişdiyi Dördüncü sənaye inqilabı dövrünə qədəm qoymuşuq. Dördüncü sənaye inqilabı miqyası, mahiyyəti və mürək kəbliyi baxımından bəşəriyyətin bütün əvvəlki təcrübələrinin heç birinə bənzəmir. Bu baxımdan istənilən ali təhsil sisteminin qarşısında duran mühüm hədəfərdən biri də müasir inkişaf tendensiyaları nəzərə alınmaqla elmi-tədqiqatların aparılması, keyfiyyətli elmi-tədqiqat məhsullarının əldə edilməsi və kommersiyalaşdırılmasına nail olmaqdır.
Bu vəzifə universitetlərimiz üçün də önəmlidir. Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu verilməsi üçün Tələblər”in təsdiq edilməsi haqqında 29 dekabr 2017-ci il tarixli 610 nömrəli Qərarına uyğun olaraq “Tədqiqat universiteti” statusu verilməsi üçün ali təhsil müəssisələri qarşısında müvafiq tələblər qoyulmuş və hazırda bu istiqamətdə müvafiq işlər görülür. Bu baxımdan bəzi ixtisaslaşdırılmış universitetlərdə klasterlər yaradılmalı, elmi nəticələrin istehsala tətbiqi stimullaşdırılmalı, təhsil-elm-istehsal əlaqələrinin səmərəliliyi yüksəldilməli, innovasiyaların kommersiyalaşdırılması, tədqiqat universitetinin yaradılması ilə bağlı qarşıda duran hədəfərə nail olunmalıdır.
Müasir dövrün çağırışlarına və inkişaf trendlərinə uyğun olaraq, elm və təhsilin inteqrasiyası qarşıda duran əsas və zifələrdən biridir. Bildiyiniz kimi, hazırda ümumtəhsil məktəblərində “Kiçik akademiyalar” yaradılmışdır. Hesab edirəm ki, onların əhatə dairəsi genişlənməlidir. Bu istiqamətdə əhəmiyyətli təşəbbüslərdən biri kimi 2012-ci ildən etibarən “Sabahın alimləri” respublika müsabiqəsinin keçirilməsinə başlanılmışdır.
– Xarici ölkələrdə təhsil üzrə dövlət proqramları ilə bağlı hər hansı bir yeniliklər varmı?
– Hazırda Azərbaycan Respublikası vətəndaşlarının xaricdə təhsili ölkə başçısının sərəncamı ilə 2018-ci il noyabrın 16-da təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” və hökumətlərarası təqaüd proqramları çərcivəsində həyata keçirilir. Dövlət proqramı özündə iki istiqaməti – dünyanın nüfuzlu ali təhsil müəssisələri ilə yerli ali təhsil müəssisələri arasında ölkə iqtisadiyyatı üçün prioritet sahələr üzrə beynəlxalq ikili diplom proqramlarının təsis olunmasını və Azərbaycan ali təhsil müəssisələri üçün yüksək elmi-tədqiqat bacarıqlarına malik milli kadrların hazırlanması məqsədi ilə xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsini ehtiva edir.
Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi ilə bağlı təsis edilməsi nəzərdə tutulan 5 proqramdan ilk 3 proqram artıq fəaliyyətə başlamışdır. Belə ki, hazırda ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Təhsil ixtisası” istiqaməti üzrə magistratura, ABŞ-ın Corc Vaşinqton Universiteti ilə ADA Universitetinin “Kompüter elmləri və verilənlərin təhlili” ixtisası istiqaməti üzrə magistratura, Koreya Respublikasının İnha Universiteti ilə Bakı Mühəndislik Universitetinin “Mühəndislik” ixtisasları istiqaməti üzrə bakalavr səviyyələrində beynəlxalq ikili diplom proqramları həyata keçirilməkdədir. Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universitetinin bakalavr səviyyəsində beynəlxalq ikili diplom proqramının təsisi yekunlaşmaq üzrədir.
İkinci istiqamət üzrə isə dövlət proqramı çərçivəsində 2020-ci il üçün 57 nəfərin xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi barədə qərar qəbul edilmişdir.
Azərbaycan vətəndaşlarının xaricdə təhsili hazırda həm də hökumətlərarası təqaüd proqramları (HTP) çərçivəsində həyata keçirilir. Həmin ölkələrə Macarıstan, Çin Xalq Respublikası, Rumıniya, Latviya, Qazaxıstan, Tacikistan, Serbiya daxildir. Qeyd olunan ölkələrlə sazişlərə əsasən, qarşı tərəfər hər il Azərbaycan vətəndaşları üçün müvafiq təhsil səviyyələri və ixtisas istiqamətləri üzrə təqaüd yerləri ayırır. Cari tədris ilində HTP çərçivsində ümumilikdə 232 nəfər xaricdə təhsil almaq imkanı qazanmışdır.
– Milli Məclisdə “Ali təhsil haq qında” Qanunun müzakirələri başlayır. Təhsil Nazirliyinin qanuna təklifəri nədən ibarətdir?
– Bu qanun layihəsinin hazırlanması üçün ali təhsil müəssisələrindən alınmış təklifər Təhsil Nazirliyində müzakirə edilmişdir. Təhsil Nazirliyi ilə Milli Məclisin Elm və təhsil komitəsi arasında yeni qanun layihəsinin hazırlanması istiqamətində davamlı müzakirələr aparılmaqdadır. Hesab edirik ki, hazırlanacaq qanun ali təhsil sisteminin beynəl xalq təcrübəyə uyğunlaşdırılması, digər təhsil pillələri ilə çevik əlaqə ləndirilməsi, ömür boyu təhsili təmin etməsi, tələbəyönümlü tədrisin təşkili, keyfiyyətə nəzarət mexanizmlərinin tətbiqi üzrə ən müasir konsepsiyaları özündə ehtiva etməlidir.
– Pandemiya ilə bağlı distant təhsilə keçiddə yaşanan problemlər hansı görünməz çatışmazlıqları ortaya çıxardı?
– Koronavirus pandemiyası səbəbindən təhsil müəssisələrində əyani formada tədris və təlim-tərbiyə prosesinin distant təhsillə əvəz olunması həm müəllimlər, həm də şagirdlər və valideynlər üçün yeni bir şərait yaratdı. Müəllimlər ən müasir elektron sistemlərdən, platformalardan istifadə edərək onlayn dərslər təşkil etmək məcburiyyətində qaldılar. Pandemiya təhsil sistemini nəzərə alınması vacib olan bir sıra çağırışlarla üz-üzə qoydu. Təhsil sistemin də daha çevik və optimal məzmun və tədris strategiyalarının tətbiqi, innovasiyaların təşviq edilməsi ilə bağlı təşəbbüslərin genişləndirilməsi bütün təhsil pillələrində distant təhsil təcrübəsinin daha geniş tətbiq edilməsi, texnoloji təchizat və key fiyyətli İnternet bağlantısının təmin olunması kimi həlli vacib olan məsələlər meydana çıxdı. Belə bir şəraitdə təhsil müəssisələrinin fəaliyyətində fasilə yaransa da, təhsilin fasiləsizliyini və davamlılığını təmin etmək məqsədi ilə Təhsil Nazirliyi tərəfin dən təxirə salınmadan yeni təşəbbüslərin reallaşdırılmasına başlanıldı. İlk növbədə, yüksək peşəkarlığa malik müəllimlərin iştirakı ilə “Teledərslər” layihəsi nə start verildi. Dövlət televiziyası ilə yayım lanan bütün teledərslər sonradan sərbəst istifadə üçün Təhsil Nazirliyinin
elektron portalında yerləşdirilir ki, bu da şagirdlər üçün əlavə imkanlar yaradır.
Bu işlərin davamı olaraq, növbəti addım kimi 2020-ci ilin aprel ayının 2-dən etibarən “Virtual məktəb” layihəsinin tətbiqinə başlanıldı. Beləliklə, ölkənin ən böyük milli onlayn platforması şagirdlərin istifadəsinə verildi. Layihə çərçivəsində hazırda platformada ümumi
istifadəçi sayı şagirdlər üzrə 1,4 milyondan çox, müəllimlər üzrə 128 min təşkil edir. Gündəlik aktiv istifadəçilərin sayı isə 1 milyonu ötür. Layihə ölkənin bütün bölgələrini əhatə edir. Ölkə üzrə müəllimlərin 93,11%-i, şagirdlərin isə 85,3%-i platformadan yararlanırlar. Platformada müəllim və şagirdlərə açıq qeydiyyat, video və audiodərslərin təşkili, tədris cədvəl lərinin tənzimlənməsi, qrup işlərinin təşkili, ev tapşırıqlarının təyinatı, qiymətləndirmə, interaktiv təlim alətləri, bilik yarışmaları, pedaqoji şuralar, nəzarət mexanizmləri kimi geniş imkanlar təqdim olunur. Onu da qeyd etmək lazımdır ki, platformada pandemiya dövründə təhsilin fasiləsizliyinin təmin edilməsi ilə yanaşı, digər ondan az vacib olmayan istiqamətdə – müəllimlərin peşəkar inkişafı və məktəblilərin ev şəraitində asudə vaxtlarının səmərəli təşkili istiqamətində də geniş imkanlar yaradılır, müxtəlif mövzuları əhatə edən məktəbdənkənar dərnəklər, onlayn tədbirlər və maarifəndirici vebinarlar təşkil olunur.
Ümumi təhsil müəssisələri ilə yanaşı, hazırda peşə, orta ixtisas və ali təhsil müəssisələri də “Virtual məktəb” platforması çərçivəsində distant təhsilə cəlb olunmuşlar.
Belə ki, təhsil müəssisələrində “Tims” (“Microsoft Teams”) platformasından ödənişsiz istifadə üçün imkanlar təmin edilib. Qeyd olunduğu kimi, layihənin əhatə dairəsi hər gün daha da genişləndirilir. Lakin bununla yanaşı, bəzi ailələrdə zəruri texnologiyaların olmaması səbəbindən distant tədrisə hələ də qoşula bilməyənlər var. Qeyd olunan problemlərin qismən aradan qaldırılması və distant təhsil imkanlarından daha çox insanın faydalanması üçün Təhsil Nazirliyi davamlı olaraq, digər dövlət və özəl qurumları əməkdaşlığa dəvət edir və bərabər texnoloji imkanların yaradılması üçün mümkün dəstəyi göstərir.
– Cənab nazir, 44 günlük Vətən Müharibəsində təhsilimiz də sınaq verdi və itkilər yaşadı. Bu müharibədə Azərbaycanın tarixi qələbəsi təhsilimiz üçün hansı çağırışları ortaya qoyur?
– Haqlısınız, təhsilimiz həm yeri doldurulmayacaq insan itkiləri verdi, həm də məktəb infrastrukturuna ciddi ziyan dəydi. Bu müharibə 10 nəfər şagirdimizin, 20 nəfər müəlmimizin həyatına son qoydu, 54 təhsil müəssisəsi darmadağın edildi. İnsan itkilərimizi bərpa edə bilməsək də, məktəblərimiz əvvəlkindən daha yaxşı şəkildə bərpa olunur. Qürurverici haldır ki, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün səfərbərliyə qoşulanların sırasında 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim şücaətlə mənfur düşmənə qarşı vuruşdu.
Azərbaycan Ordusunun şanlı qələbəsinin tədris məzmununa üzvi şəkildə inteqrasiyasını təmin etmək məqsədi ilə “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” Təhsil Nazirliyinin Fəaliyyət Planı təsdiq olunmuşdur. Artıq dərslik müəllifərimiz və nəşriyyatlar “Qələbə dərsləri” adı altında müxtəlif fənn və sinifləri əhatə edən mövzular hazırlayıb Təhsil İnstitutunun rəsmi səhifəsinə yerləşdirmişlər. Müəllimlərimiz bu mövzuları virtual dərslərdə tədris edirlər, həmçinin teledərslərdə də qələbəyə həsr olunmuş süjetlər hazırlanmışdır.
Vətən Müharibəsi, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəfər ordumuzun şücaəti nəticəsində əldə olunan qələbə bizə çox şey öyrətdi. Deyə bilərəm ki, hər birimizə dərs verdi – həmrəy olmağın, məqsədə doğru addım-addım irəliləməyin, ümidsizliyə qapılmamağın, düzgün strategiya qurmağın, bu strategiyanı sərrast taktiki addımlarla dəstəkləməyin, həm hərbi, həm siyasi, həm də iqtisadi müstəvidə uğurlu olmağın vacibliyini göstərdi. Bu sa daladıqlarımızı addım-addım şagird və tələbələrimizə öyrətməliyik ki, bir daha heç bir mənfur qüvvə Azərbaycana qarşı qalxmağa cürət etməsin. Güclü dövlət qurmağın yolu həm də təhsildən keçir.