Sabirabadda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
yasamal.tv-ın məlumatına görə, hadisə rayonun Xəlfəli kəndində baş verib.
Belə ki, Sabribad rayon sakini Mikayılov Səxavət Səfər oğlu idarə etdiyi “VAZ 2107” markalı minik maşını ilə hərəkətdə olan zaman qarşı tərəfdən gələn “Mercedes” markalı avtomobillə toqquşub.
Qəza zamanı dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alan rayon sakinləri – Mikayılov Səxavət Səfər oğlu, Qəhrəmanlı Cəsur Ceyhun oğlu, Tağıyev Musa Elman oğlu, və Muxtarzadə Muxtar Əlövsət oğlu ilk öncə Sabribad Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.