“Qalatasaray” futbolçusu Omar Elabdellauinin lisenziyasını dayandırıb.
Millitirbuna.az fanat.az-a istinadən xəbər verir ki, Mərakeş əsilli norveçli müdafiəçinin adı Türkiyə Futbol Federasiyasına təqdim olunan sifariş ərizəsindən çıxarılıb.
Ötən il dekabrın 31-də əlində fişəng partladığı üçün üzündən xəsarət alan oyunçunun müalicəsi davam etdiyi üçün bu addım atılıb.
Qeyd edək ki, Omar Elabdellaui 2020-ci ilin yayından “Qalatasaray”da çıxış edir.