“Hamımız onlarla birgə məhv olacağıq” – Nura Suri

12

Müğənni Nura Suri suyun qiymətinin artırılmasından şikayətlənib.

yasamal.tv xəbər verir ki, bu haqda sosial şəbəkədə yazan sənətçi bunun hər şeyin bahalaşmasına təsir etdiyini bildirib:

“Bir çox insanın sahəsini suvarmağa imkanı çatmayacaq. Ağaclar məhv olacaq. Meyvələrin qiymətinə təsir edəcək. Əkinçilərin işi çətinləşəcək.

Pandemiya səbəbiylə insanların maddi vəziyyəti onsuz da yaxşı deyildi, indi daha da çətinləşəcək. Benzinin və suyun qiymətinin qalxması hamımıza təsir edəcək.

Tarif şurası verdiyi bu qərarı necə əsaslandırıb? Ağaclar öldükcə, hamımız onlarla birgə məhv olacağıq”. (axsam.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin