Dünya şöhrətli aktrisa Ancelina Coli İngiltərənin keçmiş Baş naziri Uinston Çörçilin tablosunu satışa çıxarıb.
yasamal.tv-ın məlumatına görə, söhbət Çörçilin çəkdiyi “Tower of the Koutoubia Mosque” adlı tablodan gedir.
Rəsm əsəri İkinci Dünya Müharibəsi dönəmində çəkilib və Ancelina Colinin kolleksiyasında olan yeganə Çörçil tablosudur.
Tablo İngiltərədəki “Christie’s” Hərrac Evinin martın 1-də təşkil edəcəyi hərracda satışa çıxarılacaq.
Qeyd edək ki, Çörçil əsəri 1943-cü ildə Kasablanka Konfransından sonra çəkib və ABŞ-ın keçmiş prezidenti Franklin Ruzveltə hədiyyə edib. Ruzveltin ölümündən sonra əsər oğlu Elliot Ruzveltə qalıb, 2011-ci ildə isə Nyu-Orleandakı satışdan sonra Ancelina Coli onu əldə edib.
Tablonun 1,5-2,5 milyon funt-sterlinqə alıcı tapacağı gözlənilir. (qafqazinfo)